İdman

Millimizin qapıçısı: “Prius”lardan uzaq durun”

6 Yanvar 2023 19:14
Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının və "Səbail"in qapıçısı Emil Balayev klubun "Instagram" səhifəsinə müsahibə verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Balayev motosiklet sürməsindən danışıb və sürücülərə məsləhət verib:

"Motosiklet sürməyi sevirəm. Sürənlərə də deyirəm ki, "Prius"lardan uzaq durun (gülür). Həm də yol hərəkəti qaydalarına əməl edin. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.