İdman

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

20 Dekabr 2022 22:26
Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovla mübahisə edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə "Neftçi"yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verib.

110-cu dəqiqədə "qartallar"ın oyunçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Bundan əvvəl onun komanda yoldaşı Sadıxov 11 metrlik zərbəni yerinə yetirmək istədiyi üçün əsəbiləşib. Boşa verilən penaltidən sonra 40 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvünü əvəzləyib.

Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında oyunçunu buna görə meydandan çıxardığını söyləyib.

Baş məşqçi "klub daxilində futbolçuya cəza veriləcəkmi", - sualını bu cür cavablandırıb: "Bu barədə düşünəcəyik. İsti-isti cavab vermək istəmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.