İdman

Putindən İDDİALI AÇIQLAMA: "Dünyanı daha ədalətli edəcəyik"

18 Dekabr 2022 20:42
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda baş verən bütün dəyişikliklər yaxşılığa doğrudur və Rusiya öz hərəkətləri ilə dünyanı daha ədalətli yerə çevirəcək".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Yəqin bilirsiniz ki, böyük dəyişikliklər təkcə Rusiyada deyil. Bütün dünya dəyişir", - dövlət başçısı Rusiya Uşaq və Gənclər Hərəkatının birinci qurultayının iştirakçılarına müraciətində qeyd edib.

Putin bu dəyişikliklərin yaxşılığa doğru olduğuna inandığını deyib.

O, ümid edir ki, Rusiya öz əməlləri, qətiyyəti və eyni zamanda, niyyətlərinin, planlarının, prinsiplərinin açıqlığı ilə dünyanı daha ədalətli edə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.