DÇ-2022: Luis Enrikenin afrikalılara qarşı uğursuzluğu, Portuqaliyanın 16 illik həsrəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmaları daha əvvəl mundiallar tarixində bir dəfə rəqib olublar.
Milli.Az "report"a istinadən bildirir ki, 2018-ci ildəki qarşılaşma 2:2 hessabı ilə yekunlaşıb.
Avropa təmsilçisi bu komanda ilə üç dəfə (iki qələbə, bir heç-heçə) görüşüb və yenilməyib. İspanlar son olaraq çempion olduqları DÇ-2010-da 1/8 final mərhələsini adlaya biliblər. Yığma ötən yarışda ev sahibi Rusiya millisinə penaltilərdə məğlub olmuşdu.
Turnir tarixində ikinci dəfə pley-offda iştirak edən Mərakeş 1986-cı ildə Almaniyaya 0:1 hesabı ilə uduzub. İlk dəfə bu raundda Afrika təmsilçisinə rəqib olan "buğalar" daha əvvəl qruplardakı beş oyunun (üç qələbə, bir heç-heçə) birində məyus olub. DÇ-2010-un qalibləri 1998-ci ildə Nigeriya ilə dueldən məğlub ayrılıb. Komandanın hazırkı baş məşqçisi Luis Enrike həmin matça start heyətdə başlamışdı. Mundiallarda əvvəlki dörd görüşündə yenilməyən (iki qələbə, iki heç-heçə) Mərakeş yığması Kamerundan (5 oyun; 1982-1990) sonra beş qarşılaşmada uduzmayan ikinci Afrika millisi olmağı hədəfləyir.
1/8 final mərhələsinə Portuqaliya - İsveçrə oyunu ilə yekun vurulacaq. Tərəflər cari ildə artıq üçüncü dəfə üz-üzə gələcəklər. UEFA Millətlər Liqasında pirineylilər 4:0, isveçrəlilər 1:0 hesablı qələbə qazanıb. Komandalar 2000-ci ildən sonra 6 dəfə görüşüblər və hərəyə 3 qalibiyyət əldə ediblər. Millilər böyük turnirlərdə isə sadəcə bir dəfə qarşılaşıblar. 2008-ci ildəki Avropa çempionatında İsveçrə seçməsi sevinən tərəf olub - 2:0. Portuqaliya yığması mundiallarda üçüncü dəfə (1966 və 2006) 1/4 finala çıxmağı hədəfləyir. 2010-cu ildə 1/8 finalda İspaniyaya, 2018-ci ildə Uruqvaya məğlub olan portuqaliyalılar 2014-cü ildəki yarışda qrup mərhələsini adlaya bilməmişdi. DÇ-2022-də üç matçın ikisində qalib gələn İsveçrə kollektivi ilk dəfə qələbə sayını üçə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Mərakeş - İspaniya oyunu Bakı vaxtı ilə saat 19:00-da, Portuqaliya - İsveçrə qarşılaşması isə saat 23:00-da başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





