İdman

Millimizin keçmiş baş məşqçisi rekordçular arasında

13 Noyabr 2022 17:18
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında
Dünya çempionatlarında ən çox ardıcıl oyun keçirmiş futbolçular açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) bu il Qətərdə keçiriləcək mundial ərəfəsində tərtib etdiyi siyahıda 15 oyunçu yer alıb.

Sıralamaya İtaliya millisinin və "Milan"ın sabiq üzvü Paolo Maldini başçılıq edir. Veteran müdafiəçi 1990, 1994, 1998 və 2002-ci illərdəki dünya çempionatlarında ümumilikdə 23 ardıcıl görüşdə meydana çıxıb.

Siyahıda Azərbaycan millisinin keçmiş baş məşqçisi Berti Foqtsun da adı var. 2008 - 2014-cü illərdə yığmaya rəhbərlik etmiş almaniyalı mütəxəssis mundiallarda ümumilikdə 19 ardıcl oyun keçirib. Foqts bu göstərici ilə 5 - 9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.