İdman

Zədəlilər sıraya dönür

10 Noyabr 2022 21:12
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in zədəli futbolçuları Rişarilson və Deyan Kuleşevski meydana çıxmağa tam hazırdır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu İngiltərə klubunun baş məşqçisi Antonio Konte açıqlayıb.

İtaliyalı mütəxəssis bildirib ki, hər iki futbolçu "Lids"lə görüşdə start heyətində yer ala bilər: "Yaxşı xəbərlər var. Rişarilsonun meydana necə çıxması xoşuma gəldi. Onun tam bərpa olduğunu hesab edirəm. Kuluşevski də hazırdır. Ümid edirəm ki, onlar şənbə günü start heyətdə yer alacaq".

Qeyd edək ki, londonluların "Lids"lə oyunu noyabrın 12-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.