İdman

“Formula 1”in Braziliya Qran-prisi ləğv oluna bilər

3 Noyabr 2022 19:48
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1" rəhbərliyi Braziliyada bu günlərdə keçirilən prezident seçkilərindən sonra baş verən iğtişaşlardan narahatdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təqvimə əsasən, turnirin növbəti mərhələsinin San-Pauluda keçirilməsi nəzərdə tutulub.

Köşə yazarı Pedro Fermin Floresin fikrincə, Braziliyada baş verənlər Beynəlxalq Avtomobil Federasiyası və Qran Prinin birbaşa təşkilatçılarını mərhələnin ləğvinə sövq edə bilər.

Onun sözlərinə görə, bütün tərəflər yarışın San-Pauluda keçirilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl bir neçə gün gözləmək niyyətindədirlər.

Xatırladaq ki, Braziliya Qran Prisi Formula 1-in cari mövsümünün sondan əvvəlki mərhələsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.