İdman

Əliyar Ağayev tarixi oyununa çıxdı

3 Noyabr 2022 07:25
Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib.

Ağayev "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund) matçının baş hakimi olub.

1:1 hesablı heç-heçə ilə başa çatan görüşdə Əliyar Ağayev futbolçulara 4 sarı vərəqə göstərib. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.