İdman

De Byazi püşkü dəyərləndirdi

9 Oktyabr 2022 19:56
Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Avro-2024-cü seçmə mərhələsinin püşkünü dəyərləndirib.

İtaliyalı mütəxəsss AFFA-nın mətbuat xidmətinə açıqlamasında yığmamızın çətin qrupa düşdüyünü bildirib:

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

Xatırladaq ki, millimiz F qrupunda Belçika, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.