“Qazandıqlarımın çoxunu onlara borcluyam” - Rəşad Sadıqov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Olduqca vacib qələbə qazandıq".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VIII turunda "Turan Tovuz"la keçirilən səfər oyunu barədə danışarkən deyib.
Tovuzda baş tutan qarşılaşmada bakılılar ilk qolu buraxmasına baxmayaraq, sonda 3:1 hesablı qələbəyə sevinib.
Oyunsonrası mətbuat konfransında Sadıqov komandasının çıxışını dəyərləndirib: "Turan Tovuz" azarkeşlərinin qarşısında çıxış eləmək üçün çox darıxmışdım. Mənim bu şəhərə, kluba xüsusi sevgim var. Qazandıqlarımın çoxunu onlara borcluyam. İlk addımlarımı burada atmışam, komanda və azarkeşlər mənə böyük dəstək olub. Onların qarşısında oynamaq həyəcanlı idi. Ötən turda gözlənilməz və ağır məğlubiyyətlə üzləşmişdik. Bugünlü qələbə bizim üçün önəmli idi. Futbolçularım məşqlərdə də çox istəkli idilər. Həmin yenilgini unudub irəli baxdılar. Bu gün də bunun bəhrəsini gördük".
Gənc çalışdırıcı matçın erkən saatlarda keçirilməsinin onlara problem yaşatdığını vurğulayıb: "Oyun bizim üçün ağır keçdi. Rəqibin baş məşqçisi Ayxan Abbasov çox təcrübəli məşqçidir. Burada çox güclü, möhkəm kollektiv formalaşdırıb. Hava da çox isti idi, erkən saatlarda oynayırdıq. Süni örtüyü nəzərə alsaq, bir çox problemlər var idi. Əslində oyun istədiyimiz kimi başlamışdı. Amma rəqibin qolundan sonra hesabda geri düşdük. Buna baxmayaraq, futbolçularımız düzgün reaksiya göstərdilər. Dərhal hücuma atılaraq qollarımızı vurduq. Futbolçularımı, rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Yol uzaqdır, bizi dəstəkləməyə xeyli azarkeş gəlmişdi. Onlara ayrıca təşəkkürümü bildirirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)





