İdman

İki futbolçu Qazaxıstanla oyundan əvvəl millimizdən kənarlaşdırıldı

25 Sentyabr 2022 11:56
Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Millətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.

Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı.

Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.