İdman

"Söz verirəm ki, yaxşı nəticə üçün mübarizə aparacağıq" - Emin Mahmudov

24 Sentyabr 2022 20:28
Baxış: 502

Millimizin kapitanı Emin Mahmudov Millətlər Liqasının 6-cı turunda Qazaxıstanla oyun öncəsi "Meta-ratings.kz" saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Qazaxıstanla matçın Azərbaycan yığması üçün əhəmiyyəti nədir?

- Milli komandada oynayanda yoxlama oyunu olsa belə, motivasiya həmişə böyük olur. Qazaxıstanla oyun bizim üçün çox önəmlidir. Çalışacağıq ki, xarakterimizi göstərək və qələbə qazanaq. İstənilən halda qələbə qazanmaq və yaxşı oyun göstərmək bizim üçün vacib olacaq.

- Qazaxıstanın qrupda birinci yeri tutması sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Bəli, Qazaxıstan gözlənilmədən birinci yeri tutdu, çünki qrup mərhələsi başlamazdan əvvəl Slovakiya yığması aşkar favorit idi. Amma komandanız yeni məşqçi ilə çox mütəşəkkil futbol nümayiş etdirdi və slovakları iki dəfə üstələyərək yaxşı nəticə əldə etdi.

- Karyeranızda Azərbaycan, Rusiya və Portuqaliyada çıxış etmisiniz. Qazaxıstan klublarından təklif varmı?

- Düzünü desəm, Qazaxıstandan heç vaxt təklif almamışam, ona görə də bu haqda deməyə sözüm yoxdur.

- Bəs Qazaxıstan çempionatı haqqında nə bilirsiniz? Emil Balayev çempionatımızdan danışıb?

- Qazaxıstan çempionatı ilə tanış deyiləm, amma təbii ki, "Astana" və "Kayrat" kimi komandaları tanıyıram, çünki onlar avrokubokların qrup mərhələsində çıxış ediblər.

-  Qazaxıstanlı futbolçulardan tanıdığınız varmı? Ümumiyyətlə, komandamızın tərkibində kimləri qeyd edə bilərsiniz?

- Mən heç bir futbolçunu şəxsən tanımıram. Amma mən Zaynutdinovu tanıyıram, çünki o, SSKA-da oynayır. Yaxşı oyunçudur, çox texnikalıdır. Şübhəsiz ki, diqqətə layiq olanlardan biridir. Tağıbergeni də qeyd edərdim. Texnikalı, ağıllı, necə oynamağı bilən futbolçudur. Qazaxıstan millisi ilk növbədə baş məşqçinin tələblərini çox yaxşı və nizam-intizamla yerinə yetirən məşqçi komandasıdır.

- Azərbaycan komandası niyə hələ də oyunlarını kiçik "Dalğa Arena" stadionunda keçirir?

- Deyə bilmərəm, amma bura bizim ev stadionlarımızdan biridir. O, çox rahatdır!

- Oyun öncəsi Azərbaycan millisinin azarkeşlərinə nə vəd edə bilərsiniz?

- Söz verirəm ki, yaxşı nəticə üçün böyük motivasiya ilə mübarizə aparacağıq və onları sevindirməyə çalışacağıq.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics