İdman

Messi qol sayında Ronaldo arxada qoydu

19 Sentyabr 2022 20:44
Baxış: 773

Lionel Messi yeni rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, argentinalı ulduz penaltilər nəzərə alınmamaqla vurulan qol sayında zirvəyə yüksəlib.

O, PSJ-nin Liqa1-in "Lion"la matçında qələbə qoluna sevinib - 1:0. Bu Messinin karyerasında ümumilikdə 802-ci, penaltiləri saymasaq, 672-ci qolu olub. O, hərəyə 671 dəfə fərqlənən Kriştiano Ronaldo və Peleni arxada qoyub. Ümumi qol sayı 834-ə bərabər olan Ronaldo 150 oyun çox keçirib.

Qeyd edək ki, Messi cari mövsümün 11 matçında 6 qola imza atıb.

Milli.Az 

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics