İdman

Xavi Zidanın rekordunu geridə qoydu

11 Sentyabr 2022 15:12
Baxış: 1 238
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Barselona" komandasının sükanı arxasında olan Xavi Ernandes "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu geridə qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda nail olub.

Kataloniya təmsilçisi yerli çempionatda Xavinin rəhbərliyi altında ardıcıl 17-ci səfər matçında uduzmayıb. "Real Madrid" isə 2016-cı ildə Zinəddin Zidanın işlədiyi dönəmdə 16 səfər qarşılaşmasında yenilməyib.

Qeyd edək ki, Xavi Ernandes 2021-ci ilin noyabrında "Barselona"nın baş məşqçisi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.