İdman

Çempionlar Liqası: Qrup mərhələsinin daha 3 iştirakçısı bəlli olub

24 Avqust 2022 07:30
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki,  ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapıb.

Azərbaycan çempionu "Qarabağ" Çexiyada "Viktoriya"nın (Plzen) müqavimətini qırmağa çalışaıb. Bakıdakı ilk görüş qolsuz bitmişdi. Üç qolun qeydə alındığı cavab görüşündə isə meydan sahibləri qələbəyə seviniblər.

Ukraynanın "Dinamo" (Kiyev) komandası Portuqaliyada "Benfika"nın qonağı olub. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi. "Benfika" cavab matçında da darmadağına imza atmaqla sürprizə imkan verməyib.

İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma dörd qolluq bu oyunda qalib müəyyənləşməyib. Nəticədə növbəti mərhələyə İsrail çempionu vəsiqə qazanıb.

UEFA Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
23 avqust

Viktoriya (Plzen, Çexiya) - Qarabağ (Azərbaycan) 2:1
İlk oyun - 0:0

Srvena Zvezda (Serbiya) - Makkabi (Hayfa, İsrail) 2:2
İlk oyun - 2:3

Benfika (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna) 3:0
İlk oyun - 2:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.