İdman

Azərbaycan millisinin hücumçusu koronavirusa yoluxub

20 Avqust 2022 10:45
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin və İsveçrə "Qrasshopper"inin futbolçusu Renat Dadaşov koronavirusa yoluxub.

Milli.Az "Report"a istinadən bildirir ki, səfərdə "Sion"la 2:2 hesablı heç-heçə etdikləri V tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.