V İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bağlanış mərasimində gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Əbdüləziz bin Turki Əl-Feysəl Əl-Səud çıxış ediblər.
Kasapoğlu İslam Oyunlarının İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qardaşlığını daha da gücləndirəcəyini vurğulayıb. Bu Oyunların keçirilməsi burada iştirak edən ölkələrdə idmanın inkişafına öz töhfəsini verəcək.
Öz növbəsində Əbdüləziz bin Turki Əl-Feysəl Əl-Səud Konya şəhərində Oyunların yüksək səviyyədə keçirildiyini, bütün idmançıların yaxşı hazırlıq keçdiyini bildirib. Həmçinin, o, əmindir ki, gələcəkdə Oyunların keçirilməsi İslam Əməkdaşlıq Təşkilatı ölkələrində idmançıların daha da yaxşı hazırlanmasına və idmanın inkişafına töhfə verəcək.
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarını 99 medalla (29 qızıl, 36 gümüş və 34 bürünc) başa vuraraq İslam Əməkdaşlıq Təşkilatının 54 ölkəsi arasında dördüncü yeri tutub. Azərbaycan idmançılarından ibarət nümayəndə heyəti sayca Türkiyədən sonra ikincidir - 282 idmançı. İdmançılarımız 24 idman növündən 22-də iştirak ediblər. Oyunlarda ümumilikdə 4200 idmançı iştirak edib.
22:29
Türkiyənin Konya şəhərindəki 15 İyul Stadionunda V İslam Həmrəyliyi Oyunlarnın bağlanış mərasimi başlayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, mərasimə Azərbaycandan rəsmi şəxs qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qatılıb.
Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçı 56 ölkənin rəsmi keçidi olub. Azərbaycan bayrağını 3x3 basketbolçu Zaur Paşayev daşıyıb.
Daha sonra Oyunların könüllüləri səhnəyə dəvət edilərək, onlara təşəkkür ifadə olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
XƏBƏR LENTİ
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)





