İdman

Futbolçular fasilədə bir-birlərini döydülər, polis ayırdı - FOTO

18 Avqust 2022 08:47
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın "Boka Xuniors" klubunun futbolçuları - perulu müdafiəçi Karlos Sambrano və argentinalı hücumçu Dario Benedetto Argentina çempionatında "Rasinq"lə oyunun fasiləsində dava ediblər.

Onlar bir-birlərinə zərbələr endirib və söyüblər.

Bildirilir ki, Sambrano ikinci hissədə oyuna gözünün altı qaralmış halda qayıdıb.

Münaqişənin səbəbi Benedettonun birinci hissənin yekunlarına görə tərəfdaşlarını məzəmmət etməsi olub. O, bir neçə futbolçunu, o cümlədən Sambranonu tənbeh edib.

Futbolçular hirsli baxışlarla paltardəyişmə otağına daxil olublar. Fasilədən sonra Sambranonun gözünün altında qara, burnunda isə qırmızı ləkələr olub. Benedettonun isə boynunun sağ tərəfində qırmızı ləkələr müşahidə olunub.

Futbolçuları ayırmaq üçün polis müdaxilə etməli olub. Lakin hadisə ilə bağlı cinayət işinin açılmayacağı qeyd edilir.

Klub davada iştirak edən futbolçuları iki oyunluq heyətdən kənarlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.