İdman

"Qarabağ"ı qəzəbləndirmək istəyirdik" - "Viktoriya"nın kapitanı

18 Avqust 2022 08:38
1 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Viktoriya"nın (Plzen, Çexiya) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri ilk matç haqqında danışıb.

Görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən oyunçu klubun rəsmi saytına açıqlamasında deyib:

"İrəli gedərək, qol vuraraq "Qarabağ"ı bir az da qəzəbləndirmək istəyirdik. İlk hissədə şanslarımız oldu, amma ikinci hissədə praktiki olaraq heç nə yaratmadıq. Bununla belə, biz məsuliyyətlə müdafiə olunduq. 0:0 nəticəsini qəbul edirik. Əlbəttə ki, cavab oyununda olmayacağım üçün məyusam. Amma inanıram ki, futbolçularımız bunun öhdəsindən gələcəklər".

Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.