İdman

“Fənərbaxça” İspaniyadan ulduz futbolçu gətirir: Türklər transferi açıqladı

17 Avqust 2022 12:00
0 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hücumçu axtarışında olan "Fənərbaxça" klubu Maksi Qomezi transfer etmək üzrədir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Bildirilir ki, "Fənərbaxça" hücumçunun özü ilə razılıq əldə etsə də, klubu ilə danışıqlar davam edir. Türkiyə təmsilçisi "Valensiya"ya 10 milyon və bonuslar təklif edib. İspanlar isə 12 milyon tələb edir.

Məbləğ arasında çox fərq olmadığı üçün tərəflərin razılığa gələcəyi deyilir. Türklər hücumçu ilə 2,4 milyon məvacib qarşılığında 4 illik razılaşma əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.