Çexiyada Pribram şəhəri yaxınlığında naməlum sürücü "Ferrari" yarış avtomobili ilə ictimai şosedə hərəkət edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis sürücünün şəxsiyyətini müəyyən edə bilməyib.
Bolidin 2005-2016-cı illərdəki "Ferrari" komandasının avtomobillərinə bənzədiyi bildirilib.
Qeyd olunub ki, bu, bu avtomobillə bağlı ilk belə hal deyil. Eyni bolid 2019-cu ildə də həmin magistralda görünüb. O zaman da hüquq-mühafizə orqanları qanun pozucusunu tapa bilməyib.
Milli.Az