Çexiyada naməlum şəxs şossedə “Formula 1” bolidi ilə şütüyüb - VİDEO

15 Avqust 2022 15:07

Çexiyada Pribram şəhəri yaxınlığında naməlum sürücü "Ferrari" yarış avtomobili ilə ictimai şosedə hərəkət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis sürücünün şəxsiyyətini müəyyən edə bilməyib.

Bolidin 2005-2016-cı illərdəki "Ferrari" komandasının avtomobillərinə bənzədiyi bildirilib.

Qeyd olunub ki, bu, bu avtomobillə bağlı ilk belə hal deyil. Eyni bolid 2019-cu ildə də həmin magistralda görünüb. O zaman da hüquq-mühafizə orqanları qanun pozucusunu tapa bilməyib.

Milli.Az