İslamiadada bədii gimnastika: Azərbaycan idmançılarının mükafatları - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışların qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə Azərbaycan yığmasının fərdi proqramda - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətləri üzrə komandada - Daria Sorokina, Kamilla Əliyeva, Lyaman Əlimuradova, Güllü Ağalarzadəni, Elizaveta Luzan, Zeynəb Hümmətova iştirak edib.
Bugünkü yarışların nəticələrinə görə, Zöhrə Ağamirova halqa ilə proqramda "gümüş", topla hərəkətdə "bürünc", gürzlərlə proqramda "qızıl", lentlə kompozisiya üzrə "qızıl" medala layiq görülüb.
Komanda beş halqa ilə qrup hərəkətində gümüş, üç lent və iki topla hərəkətdə isə qızıl medal qazanıb.
Həmçinin dünənki yarışlarda Azərbaycan komanda hesabında qızıl medal qazanıb. Mükafatı fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova qazanıblar. Bununla yanaşı, bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan komandası çoxnövçülükdə (iki hərəkətin cəmi) "qızıl" qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
XƏBƏR LENTİ
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)





