"Bu, "Qarabağ" tarixinin ən önəmli oyunlarından biridir" - Tahir Gözəl
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la oyun öncəsi komanda üzvləri ilə görüşəcək, daha sonra bugünkü qarşılaşmanı stadiondan izləyəcək.
Tahir Gözəl Qol.az-ın Budapeştə ezam olunmuş əməkdaşına açıqlamasında Macarıstan klubu ilə oyun üçün gözləntilərindən danışıb: "Çox sevinirəm ki, iş qrafikim imkan verdi, komandaya mənəvi dəstək olmaq üçün Macarıstana gəldim. Bu oyun "Qarabağ" tarixinin ən öməli oyunlarından biridir. Çünki Bakıdakı ilk matç çox maraqlı, çətin, həyəcanlı oldu. "Qarabağ" bu və növbəti rəqibini keçərsə, yenidən qrupa düşərək tarix yazmaq şansı var. Buna görə də bu oyuna çox qiymət verirəm və gəlmişəm ki, futbolçularımıza dəstək olum".
Klub rəhbəri "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasındakı çıxışını qiymətləndirib: "Hesab edirəm ki, "Qarabağ"ın təcrübəsi və gücü, Qurban hocanın biliyi artır. Görürsünüz, "Qarabağ" avrokubok oyunlarında həyəcanlanmır. Böyük azarkeş kütləsinin önündə də təzyiq alına düşmür və öz oyununu göstərir. Biz daim inkişaf etmək istəyirik. "Ferentsvaroş"la ilk oyunda zədəlilərimizin və cəzalılarımızın olması məni məyus etdi. İnşallah bu oyunda daha güclü komanda olacağıq. Kadi Borqes və Riçard Almeydanın artıq sıraya dönməsi bizim üçün üstünlükdür".
T.Gözəl transfer işlərinin davam etdirildiyini də bildirib: "Transferlərdə son söz Qurban hocanındır. Hələ də axtarış gedir. Proses dayanmayıb. Biz rəhbərlik bu işlərdə Qurban hocaya dəstəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək





