İdman

"Ferentsvaroş"un oyunu "Qarabağ"a görə təxirə salındı

31 İyul 2022 14:53
0 Şərh     Baxış: 1 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ferentsvaroş"un avqustun 6-da Macarıstan çempionatının II turunda "Zalaegerseq"lə keçirməli olduğu oyun təxirə salınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Budapeşt təmsilçisi Bakıda "Qarabağ"a qarşı oynayacağı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı ilə bağlı yerli futbol liqasına müraciət edib.

Yolun uzaq olmasını və görüşün önəmini nəzərə alan paytaxt klubu çempionat matçının vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi komandanın istəyinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.