İdman

“Qarabağ” “Top-100”-də

30 İyul 2022 21:53
0 Şərh     Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.

Bu, Ağdamın "Qarabağ" klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya "Styaua"sı ilə bölüşür.

"Qarabağ" tanınmış klublardan "Fənərbaxça", "Betis", "Renn", "Lill", "Real Sosyedad", "Vest Hem"i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, "Rapid", "Şerif", "Molde", "Dnepr" və BATE-ni də arxada qoyub.

Cədvələ "Real" başçılıq edir. "Bavariya" ikinci, "Barselona" üçüncüdür.

Qeyd edək ki, Türkiyə "Top-100"də üç komanda ilə təmsil olunub. "Beşiktaş" 39-cu, "Qalatasaray" 48-cı, "Fənərbaxça" 74-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.