İdman

Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdıb

30 İyul 2022 08:52
0 Şərh     Baxış: 1 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi baş məşqçi Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdıb.

Milli.Az "Report"a istinadən bildirir ki, mütəxəssis klubun icraçı direktoru Riçard Arnolda kömək edəcək yeni analitik ekspertlər qrupuna qoşulub. Qrupa həmçinin klubun keçmiş icraçı direktoru Devid Qill, "Mançester Yunayted"in keçmiş kapitanı Brayan Robson və klubun idman direktoru Con Merto da daxildir.

Qeyd edilir ki, Ferqyusson, demək olar, on il əvvəl komandanın baş məşqçisi vəzifəsindən getdikdən sonra indi həmişəkindən daha çox təsirə malik olacaq.

Şotlandiyalı 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. O, Britaniya futbol tarixinin ən titullu məşqçisidir. Klubda işlədiyi müddətdə komanda rekord sayda titul, o cümlədən İngiltərə Premyer Liqasında 13 qələbə və Çempionlar Liqasında 2 qələbə qazanıb.

İndi kluba Erik ten Haq rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.