İdman

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşib

18 İyul 2022 14:15
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bu turnirdəki təmsilçimiz "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.

II raundda "Sürix"lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə "Ferensvaroş" (Macarıstan) - "Slovan" (Slovakiya) cütünün qalibi

ilə qarşılaşacaq. "Qarabağ" - "Sürix" cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.