İdman

"Lex"in baş məşqçisi: "Diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik"

10 İyul 2022 15:57
0 Şərh     Baxış: 996
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Lex"in baş məşqçisi Con van den Brom "Rakuv"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.

56 yaşlı mütəxəssis "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli "11-liy"ə şans verdiyini söyləyib.

Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.