İdman

KL: “Neftçi”, “Zirə” və “Qəbələ”nin də rəqibləri bəlli oldu

15 İyun 2022 16:48
0 Şərh     Baxış: 1 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az matc.az-a istinadla xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Zirə" və "Qəbələ"nin də rəqibləri bəlli olub.

Püşkatma zamanı "Neftçi" səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer almışdı.
 
"Ağ-qaralar" bu raundda Kiprin "Aris" (Limassol) klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab görüşü isə evdə baş tutacaq.
 
"Zirə" Təl-Əviv "Makkabi"sinə (İsrail) rəqib olub. Rəşad Sadıqovun komandası ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirməli olacaq.
 
"Qəbələ" isə Macarıstanın "Fehervar" komandası ilə düşüb. İlk oyun səfərdə, cavab görüşü evdə olacaq.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 21 iyulda, cavab görüşləri 28 iyulda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.