İdman

“Çelsi”nin transfer SİYAHISI

11 İyun 2022 14:07
0 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi" yay transferləri üçün siyahını hazırlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, London klubunun yay hədəfləri sırasında 8 futbolçu var.

Baş məşqçi Tomas Tuxelin müdafiə xəttində görmək istədiyi oyunçular PSJ-dən Presnel Kimpembe, "Yuventus"dan Matteys de Liqt və "Sevilya"dan Jül Kundedir. Mütəxəssis "Mançester Siti"dən ayrılacağı gözlənilən hücumçu Qabriel Jezusu da komandasında istəyir.

Onun komanda yoldaşı Rahim Sterlinq də "Çelsi"nin maraq dairəsindədir. Usman Dembele ("Barselona"), Krisfofer Nkunku ("Leypsiq") və Robert Levandovski ("Bavariya") də karyerasını Premyer Liqa klubunda davam etdirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.