Slovakiya millisinin futbolçusu Vladimir Vayss UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
O, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Oyunun asan olmayacağını bilirdik. 90 dəqiqə də bunu təsdiqlədi. Qol vuracağımıza inanırdıq. Şadam ki, bu baş verdi. Qrupun favoriti olduğumuzu bilirik. Təəssüf ki, bu yaxınlarda baş məşqçimiz istefaya göndərildi. Buna baxmayaraq, gücümüzü göstərdik".
Milli.Az