"Arsenal"da 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, azarkeşlərin səslərinə əsasən, Bukayo Saka ən yaxşı oyunçu seçilib. O, 58 faiz səs toplayıb. 20 yaşlı futbolçu ardıcıl 2-ci dəfə bu mükafatı qazanıb.
Qeyd edək ki, Saka ötən mövsüm bütün yarışlarda 12 qolla London təmsilçisinin ən yaxşı bombardiri olub.
Milli.Az