İdman

Gimnastlarımız Polşadan iki qızıl, bir gümüş medalla qayıdırlar

6 İyun 2022 13:48
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 3-dən 5-dək Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb.

Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə Dünya kubokunda əldə olunan ilk qızıl medaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.