İdman

23 illik fasilədən sonra...

29 May 2022 21:51
0 Şərh     Baxış: 1 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İngiltərə Çempionşipində pley-off mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, həlledici oyunda "Nottingem Forest" və "Haddersfild" komandaları üz-üzə gəlib.

Dünyanın ən bahalı matçı kimi qələmə verilən bu görüşdə rəqibini 1:0 hesabıyla məğlub edən "Nottingem Forest" növbəti mövsümdən İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. 
 
"Nottingem Forest" 23 illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb. Daha öncə çempion "Fulhem" və ikinci yerin sahibi "Bornmut" da elitaya vəsiqə qazanmışdı. "Haddersfild" mövsümün əsas hissəsini 3-cü, "Nottingem Forest" isə 4-cü sırada bitirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.