"Qalatasaray"ın futbolçusu Rayan Babel komandadan ayrılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, niderlandlı hücumçu öz yutub kanalında paylaşdığı videoda İstanbul klubu ilə vidalaşıb.
Qeyd edək ki, Rayan Babel 2019-cu ilin yayından "Qalatasaray"da çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az