Bakıdakı Milli Gimnastika Arenasında çıxış etmək böyük şərəfdir - gənc azərbaycanlı idmançı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Milli Gimnastika Arenasında çıxış etmək mənim üçün böyük şərəfdir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı, Bakı Gimnastika Məktəbini təmsil edən gənc idmançı Zəhra Tahirova deyib.
"Dörd yaşımdan idmanla məşğulam, ilk dəfə gimnastların çıxışlarını televiziyada görmüşəm. Onların hərəkətləri məndə elə təəssürat yaratdı ki, mən də məşq etmək istədim, anam bu işdə mənə dəstək oldu. Cəmi 10 yaşım olmasına baxmayaraq, artıq həm Azərbaycanda, həm də xaricdə - Gürcüstanda, Estoniyada, Macarıstanda və Monteneqroda keçirilən bir çox yarışlarda iştirak etmişəm, medallar qazanmışam", - deyə gənc idmançı bildirib.
Zəhra Tahirovanın sözlərinə görə, yarışların onun üçün böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, o, həyəcanın öhdəsindən gəlməyi öyrənib.
"Birincilik mənim üçün son dərəcə vacibdir, bu yarışların ciddiliyini başa düşürəm, amma döşəyə çıxanda heç bir həyəcan hiss etmirəm. Tamaşaçıların dəstəyi mənə emosiyalarımın öhdəsindən gəlməyə kömək edir, məşqdə olduğum kimi çıxış etməyə çalışıram", - gənc gimnast əlavə edib.
Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.
Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.
Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.
İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





