İdman

PSJ-nin Neymarı neçəyə satacağı məlum olub

29 Aprel 2022 10:24
0 Şərh     Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pari Sen-Jermen" klubu hücumçusu Neymarı sata bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə AS öz mənbələrinə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, fransız klubu braziliyalı üçün 90 milyon avro (153 milyon manat) almağı planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl Neymar özü də PSJ-də daha üç mövsüm oynamağı planlaşdırdığını bildirmişdi.

Neymar 2017-ci ildə PSJ-yə keçib. Parislilər braziliyalı üçün "Barselona"ya 222 milyon avro ödəyiblər ki, bu da futbol tarixində rekord transfer məbləği olub. Neymar və PSJ arasındakı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Neymar PSJ forması ilə 25 oyun keçirib. Bu oyunlarda 11 qol vurub və beş məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.