İdman

Ronaldo tarixə düşdü

23 Aprel 2022 16:48
1 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kriştiano Ronaldo futbol tarixinə İspaniya və İngiltərə çempionatlarının hər ikisində 100 qol səddini adlayan ilk oyunçu kimi düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, portuqaliyalı Premyer Liqanın XXXIV turunun "Arsenal" - "Mançester Yunayted" matçının 34-cü dəqiqəsində fərqlənib.

Kriştiano 0:2 hesabı ilə geridə olan komandasının fərqi azaltmasına kömək edib. Vurduğu qolla ümidləndirən Ronaldo bununla da İngiltərə çempionatında 100-cü dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldo İngiltərədə "Mançester Yunayted", İspaniyada "Real"ın formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.