İdman

“Canını ortaya qoymalısan” - Samir Abasov:

16 Aprel 2022 22:52
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maraqlı oyunun şahidi olduq. Qələbənin yaxşısı pisi olmur".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIII turunda "Sabah"la keçirilən oyun barədə danışarkən deyib.

"Bakcell Arena"dakı qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edən "ağ-qaralar" ikinci pillədəki mövqeyini möhkəmlədib.

Matçdan sonra təşkil olunan mətbuat konfransında Abasov komandasının çıxışını dəyərləndirib: "Necə lazım idisə, o cür də oynadıq. Əgər müdafiədən oynamalısansa, deməli, canını ortaya qoymalısan ki, rəqibə şans verməyəsən. Komandamız da bunu yetərincə yaxşı bacardı. Baxmayaraq ki, kifayət qədər itkilərimiz var idi. Bu cür rəqibə qarşı iki əsas müdafiəçisiz oynayırdıq. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.