İdman

Avrokubok matçından sonra dava edən baş məşqçi futboldan kənarlaşdırılıb

11 Aprel 2022 21:29
0 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Norveçin "Budyo Qlimt" klubunun baş məşqçisi Hötil Knutsen və İtaliya "Roma"sının qapıçılar üzrə məşqçisi Nunu Santuşu cəzalandırıb.

Milli.Az "report"-a istinadən bildirir ki, buna iki mütəxəssis arasında UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunu zamanı baş vermiş insident səbəb olub.

Hər iki şəxs dava ilə bağlı aparılan araşdırma başa çatanadək futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, "Budyo Qlimt"in 2:1 hesablı qələbəsi ilə bitən matçdan sonra Hötil Knutsen və Nunu Santuş bir-birinə hücum edib. Komandalar arasında cavab görüşü aprelin 14-də İtaliyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.