İdman

Gənclərimiz Avropa kuboku turnirini üçüncü yerdə başa vurub

28 Mart 2022 08:27
0 Şərh     Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın cüdo üzrə gənc oğlanlardan ibarət milli komandası Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edərək 4 medal qazanıb.

Milli.Az xəbər verir ki, qızıl medalları yığmamızın aktivinə Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq) yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq) isə turnirin gümüş medallarını qazanıblar. Komandamız 27 ölkə təmsilçisinin qatıldığı Avropa kuboku turnirini ümumilikdə 2 qızıl və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yarışda Azərbaycan Respublikasının Yunanıstankı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və səfirliyin digər əməkdaşları cüdoçularımıza dəstək olmaq məqsədi ilə Avropa kuboku turnirində iştirak ediblər.

Anar Hüseynov qaliblərin mükafatlandırma mərasimində iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.