İdman

Avropa çempionatı: Boksçumuz finala çıxdı

20 Mart 2022 22:10
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.

Milli.Az bildirir ki, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb. Belə ki, dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarı gərgin keçən qarşılaşmada 3:2 hesabla məğlub edib. Boksçumuz həlledici görüşə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal qarşılaşmasına çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.