İdman

“Qarabağ” heç vaxt uduzmadığı rəqibinə qarşı

12 Mart 2022 12:06
0 Şərh     Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Milli.Az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.

İlk görüşdə autsayderlər zonasında olan komandalardan "Səbail" və "Keşlə" üz-üzə gələcək.

Günə liderin qarşılaşması ilə yekun vurulacaq. 9 oyundur uduzmayan "Qarabağ" heç vaxt məğlub olmadığı "Sabah"ın qonağı olacaq.

Azərbaycan Premyer Liqası
XIX tur
12 mart

16:45 "Səbail" - "Keşlə"

"ASCO Arena"

19:00 "Sabah" - "Qarabağ"

"Bank Respublika Arena"

Qeyd edək ki, tura sabah baş tutacaq "Neftçi" - "Sumqayıt" və "Qəbələ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.