İdman

Benzema əfsanəvi futbolçuların göstəricilərini təkrarlayıb

6 Mart 2022 16:45
0 Şərh     Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema komandanın sabiq hücumçuları Alfredo Di Stefano, Ferents Puşkaş və Kriştianu Ronaldunun göstəricilərini təkrarlayıb.

Milli.Az xəbər verir ki, fransalı forvard buna La Liqanın XXVII turunda evdə "Real Sosyedad"ı 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Görüşün 76-cı dəqiqəsində fərqlənən Benzema cari mövsümdə 20-ci qolunu vurub. Təcrübəli futbolçu bununla da "kral klubun"da 6 mövsümdə 20 qol həddinə çatıb.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.