İdman

Bakıda itkin düşən tələbə dünya çempionudur - FOTO

5 Mart 2022 10:48
0 Şərh     Baxış: 3 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Dövlət Universitetinin (BDU) Bakıda beş gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli barəsində bəzi təfərrüatlar məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, BDU-nun Geologiya fakültəsində təhsil alan İlkin Qənbərli güləş üzrə dünya və Avropa çempionudur. O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında erməni, özbək, rus və ukraynalı rəqiblərini məğlub edərək çempion olub.

Bundan başqa, "Terminator" ləqəbi ilə tanınan güləşçi bu ilin fevral ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda "WORLD GAMES 2022" çempionatında iştirak edib. Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən tələbə final mərhələsində erməni rəqibini 11:0 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.

İlkin Qənbərli, həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.

Məlumata görə, güləşçi tələbə sonuncu dəfə dostları ilə görüşərək Polşaya gedəcəyini deyib. Bundan sonra ondan xəbər olmayıb.

Qeyd edək ki, İllik Qənbərli martın 1-də evdən çıxıb və bundan sonra ondan xəbər olmayıb.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, itkin tələbənin tapılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.