İdman

Ronaldu 2019-da təcavüzə görə həbs olunacaqmış

17 Fevral 2022 09:18
0 Şərh     Baxış: 3 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Las-Veqas polisi 2019-cu ildə həmin vaxt Turinin "Yuventus" klubunda çıxış edən Kriştianu Ronaldunu model Ketrin Mayorqaya qarşı seksual zorakılıq işi ilə bağlı həbs etmək istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis həmin vaxt hesab edib ki, futbolçu barədə ittiham irəli sürmək və həbs etmək üçün kifayət qədər sübutlar mövcuddur. Lakin prokuror Stiv Volfson məsələ ilə bağlı iş qaldırmayıb.

Qeyd edək ki, model Ketrin Mayorqa 2009-cu ildə Ronaldunun Las-Veqasda yerləşən otellərdən birində ona təcavüz etdiyini irəli sürüb. Onun iddiasına görə, Ronaldu bundan sonra ona 375 min dollar ödəyib və susmasını istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.