İdman

“McLaren” yeni “Formula 1” bolidini nümayiş etdirdi - FOTO

14 Fevral 2022 17:54
0 Şərh     Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"McLaren" yeni "Formula 1" bolidini nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təqdimat komandanın Böyük Britaniyadakı mənzil-qərargahında baş tutub.

Məşhur idman avtomobili istehsalçısı və onun yarış bölməsinin yerləşdiyi Uokinqdə brendin təmsil olunduğu bir neçə çempionat üçün avtomobillərin premyerası keçirilib.

F1 bolidi ilə yanaşı, "Amerika IndyCar Series" və "Extreme E" elektrik yolsuzluq avtomobilləri yarış turniri üçün hazırlanmış nümunələr də təqdim edilib.

Təqdimat mərasimində "Formula 1" pilotları - avstraliyalı Daniel Rikkardo və britaniyalı Lando Norris də iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.