"Lakers"in ulduz hücumçusu LeBron Ceyms müntəzəm mövsümdə və pley-offda karyerası ərzində ən çox xal toplayan NBA basketbolçusu olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Lakers"in "Golden State" ilə səfər oyununda üçüncü hissədə uzaqdan atış ilə karyerasındakı 44 152-ci xalını toplayaraq adını idman tarixinə yazdırıb.
37 yaşlı LeBron 266 oyunda 7631 xalla pley-offun ən sərrast oyunçuları siyahısına başçılıq edir. Lakin müntəzəm çempionatın xallar cədvəlində hələ ki, üçüncü yerdə qərarlaşıb.
Milli.Az