LeBron Ceyms NBA rekordunu qırdı - FOTO

14 Fevral 2022 12:20

"Lakers"in ulduz hücumçusu LeBron Ceyms müntəzəm mövsümdə və pley-offda karyerası ərzində ən çox xal toplayan NBA basketbolçusu olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Lakers"in "Golden State" ilə səfər oyununda üçüncü hissədə uzaqdan atış ilə karyerasındakı 44 152-ci xalını toplayaraq adını idman tarixinə yazdırıb.

37 yaşlı LeBron 266 oyunda 7631 xalla pley-offun ən sərrast oyunçuları siyahısına  başçılıq edir. Lakin müntəzəm çempionatın xallar cədvəlində hələ ki, üçüncü yerdə qərarlaşıb.

Milli.Az